Türkiyə şirkətləri 42,1 milyard dollar xarici borc qaytaracaq

Türkiyə şirkətləri 42,1 milyard dollar xarici borc qaytaracaq

Türkiyənin Mərkəzi Bankı sentyabr ayı üzrə özəl sektorun xarici kredit borcuna dair məlumatı açıqlayıb. 


Sfera.az xəbər verir ki, sentyabrın sonuna özəl sektorun ümumi xarici kredit borcu 2021-ci ilin sonu ilə müqayisədə 7,8 milyard dollar azalaraq 160,9 milyard dollar olub.


Xarici kredit borcunun 153,5 milyard dolları uzunmüddətli, 7,5 milyard dolları qısamüddətli olub. Kredit borcunda azalma uzunmüddətli borclarda qeydə alınıb. 2021-ci ilin sonu ilə müqayisədə uzunmüddətli kredit borcu 7,8 milyard dollar azalıb. 


Türkiyənin özəl şirkətləri əsasən, ABŞ dollarında borc alır. Belə ki, 153,5 milyard dollarlıq uzunmüddətli kredit borcunun 66,1 faizi dollar, 30,5 faizi avro, 1,6 faizi türk lirəsi, 1,8 faizi isə digər valyutalardadır. Qısamüddətli 7,5 milyard dollarlıq borcun isə 41,3 faizi dollar, 39,1 faizi avro, 16,9 faizi türk lirəsi, 2,7 faizi isə digər valyutalardadır.


Türkiyənin özəl şirkətləri 2022-ci il ərzində 42,1 milyard dollar xarici borc qaytarmalıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...

Azərbaycanda imtahan vermədən bu qurumlarda İŞLƏMƏK OLMAZ

Azərbaycanda müxtəlif peşə sahələrinə və dövlət qurumlarına daxil olmaq üçün müəyyən imtahanlardan keçmək tələb olunur. Bu imtahanlar dövlət xidmətində çalışmaq...

Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə ...