Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana pul axınını artırdı - STATİSTİKA

Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana pul axınını artırdı - STATİSTİKA

Son aylarda Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus əmanətlərin məbləğində kəskin artım müşahidə edilir. Sürətli artım nəticəsində əcnəbilərin əmanətərinin cəmi əmanətlərdəki payı ötən ilin sonundakı 3,26 faizdən bu ilin oktyabrında 8,5 faizə yüksəlib. 


Sfera.az bildirir ki, ötən ilin sonunda əcnəbilərin Azərbaycan banklarında 301,3 milyon manat dəyərində əmanəti var idi. 2022-ci ilin oktyabrın 1-də, yəni 9 ay sonra əcnəbilərin əmanətlərinin həcmi 954,3 milyon manata yüksəlib. Müqayisə göstərir ki, qısa müddətdə əcnəbilər banklarımızdakı pullarını 3,17 dəfə artırıblar. 


2022-ci ildə əcnəbilərin əmanətlərinin həcmi sürətlə artaraq 900 milyon manatı ötsə də, mövcud göstərici rekord deyil. Rekord göstərici 2015-ci ildə qeydə alınıb. Həmin ilin sonunda əcnəbilərin pulunun məbləği 1,233 milyard manatı ötərək cəmi əmanətlərin 13 faizini təşkil etmişdi. Əcnəbilərin pulu 2016-cı ildə 967 milyon manata (cəmi əmanətlərin 13 faizi), 2017-ci ildə 745 milyon manata (əmanətlərin 9,85 faizi) düşdü. Sonrakı illərdə də azalma davam etdi və 2020-ci ilin sonunda 281 milyon manata, yəni cəmi əmanətlərin 3,43 faizinə gerilədi. 


Əcnəbilərin əmanətlərinin həcmində artım bu ilin fevralından müşahidə edilir. Yanvarda 294 milyon manat olan əmanətlər fevralda birdən-birə 552 milyon manata yüksəldi. 


Əcnəbilərin əmanətlərinin həcminin fevraldan sürətlə artması Rusiyanın üzləşdiyi sanksiyalarla bağlıdır. Rusiya vətəndaşı olan soydaşlarımız, Gürcüstan vətəndaşı olan azərbaycanlılar Rusiyada əmlaklarını sataraq pullarını Azərbaycana köçürür. Eyni zamanda sərbəst pul vəsaitlərinin də bir hissəsinin Azərbaycana transfert edildiyi məlumdur. Bu səbəbdən fevraldan, yəni müharibənin başladığı tarixdən etibarən, Azərbaycan banklarında əcnəbilərin pulları sürətlə artır. 


Mövcud dinamika nəzərə alınarsa, əcnəbilərin əmanətlərinin həcmində artım ilin sonuna qədər davam edəcək. Böyük ehtimalla ilin sonunda əcnəbilərin Azərbaycan banklarındakı pullarının məbləği 1 milyard manatı ötəcək və gələn il rekord göstərici yenilənəcək. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.   Sfera.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. İlkin ...

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...