Avropa imtina etdi, Rusiya əlində qalan qazı sata bilmir – Qazanan Çindir

Avropa imtina etdi, Rusiya əlində qalan qazı sata bilmir – Qazanan Çindir

“Rusiya Avropanın qaz bazarında mövqelərini itirmək üzrədir. Əgər keçmiş illərdə Avropa İttifaqının Rusiya qazından asılılığı 35 faiz civarında idisə, hazırda bu rəqəm 7 faizə qədər enib. Bəzi ölkələr isə ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi:

 

“Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə çalışacaq. Avropa ölkələri baha olmasına baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatının təxminən 80 faizini ödəyir. Rusiya isə Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu da Rusiyanın maraqlarına cavab vermir.

 

Rusiyanın “Qazprom” şirkəti Pekinlə danışıqlardan narazıdır. “Qazprom“ şirkətinin qaz nəqli 40 faizdən çox azalıb. Bu, təxminən 59 milyard kubametr qaz həcmidir. Bu ilin sonu üçün “Qazprom”un itkiləri daha da artacaq. Bu səbəbdən Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadi ekspertlər Sibirin qaz infrasturktunun inkişafına xərclərin azaldılması vacibliyini bildiriblər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR