Ev təsərrüfatlarının borcu 2,8 milyard manat artdı – İnflyasiya GÜCLƏNİR

Ev təsərrüfatlarının borcu 2,8 milyard manat artdı – İnflyasiya GÜCLƏNİR

Azərbaycanda kredit qoyuluşu aybaay artır. Statistik məlumatların təhlili göstərir ki, kreditlərdəki artım əsasən, ev təsərrüfatlarına verilən kreditlər hesabına baş verir. 


Sfera.az xəbər verir ki, yalnız sentyabrda kreditlərin həcmi 564,9 milyon manat artıb. Ev təsərrüfatlarına verilən kreditlərdə isə artım 380,4 milyon manat olub. 


Digər sahələrin heç birində kredit qoyuluşunda aylıq artım 50 milyon manatı ötməyib. Hətta bəzi sahələrdə kredit qoyuluşu azalıb. 


Ev təsərrüfatlarına verilən kredit qoyuluşu son bir ildə daha çox artıb. Bir il əvvəl ev təsərrüfatlarına 7,932 milyard manat kredit verildiyi halda, sentyabrın sonunda verilən kreditlərin həcmi 10,708 milyard manata çatıb. Bir il ərzində ev təsərrüfatlarının kredit borcu 2,776 milyard manat, yəni 35 faiz artıb. 


Ev təsərrüfatlarının aldığı kreditlərin 80 faizini istehlak kreditləri təşkil edir. Ev təsərrüfatları həm də ümumi istehlak kreditlərinin 95 faizindən çoxunu alır.


Bu baxımdan ev təsərrüfatlarına verilən kreditlərin sürətlə artması həm də istehlak kreditlərinin artması deməkdir. İndiki dövrdə istehlak kreditlərinin daha çox artması risklidir. Çünki istehlak krediti idxalın artmasına, ölkəmizdən valyuta axınının güclənməsinə və ən önəmlisi bahalaşmanın güclənməsinə xidmət edir. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...