Logo

Türkiyənin son 99 ildəki nəticələri: Böyük iqtisadiyyat, güclü ordu…

Türkiyənin son 99 ildəki nəticələri: Böyük iqtisadiyyat, güclü ordu…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə Respublika elanından 99 il ötür. Qardaş ölkə ötən 99 il ərzində böyük nəticələr əldə edib, dünyadakı iqtisadi, siyasi, demoqrafik və hərbi mövqeyini gücləndirib.

Sfera.az xəbər verir ki, Türkiyənin 99 ildə əldə etdiyi nəticələrlə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı paylaşım edib.

V.Qasımlı bildirir ki, Türkiyə hazırda alıcılıq qabiliyyəti paritetinə görə (PPP) dünyanın 11-ci ən böyük iqtisadiyyatına malikdir. Türkiyə Qlobal İnnovasiya İndeksində 132 ölkə arasında 37-ci yerdə qərarlaşıb, dünyanın ən sürətli iqtisadi artım tempinə malik ölkələrindəndir.

Qardaş ölkənin ordusu NATO-da ikinci, Yaxın Şərqdə 1-ci, dünyada 13-cü dür. Türkiyənin müdafiə şirkətləri “Aselsan”, “Turkish Aerospace Industries” (TAI) və “Roketsan” 2022-ci ildə gəlirlərinə görə, dünyanın ən yaxşı 100 müdafiə firması arasında yer alıb.

Türkiyə əhalisinin sayına görə, dünyada 17-ci dir. Ölkənin 23 universiteti “QS World University Rankings”ə düşür.

Türkiyənin ən böyük şəhəri olan İstanbul dünyanın 7-ci ən böyük, Avropanın isə ən böyük şəhəridir.

Qardaş ölkə 2021-ci ildə 29,9 milyon turisti qəbul edərək dünya turizm siyahısında dördüncü sıraya yüksəlib. Eyni zamanda Türkiyə dünyanın ən çox qaçqın qəbul edən ölkələrindəndir.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR