Ötən il maaşlara 22,2 milyard manat xərclənib – Daha çox pul bu sahələrdə ayrılıb

Ötən il maaşlara 22,2 milyard manat xərclənib – Daha çox pul bu sahələrdə ayrılıb

Azərbaycanda son 5 ildə əmək ödənişlərinə xərclənən vəsaitin ölkədə yaradılan əlavə dəyərdə payı 19 faizdən 26 faizə yüksəlib.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2017-ci ildə əmək ödənişinə 12,66 milyard manat xərclənmişdi.

 

Ötən il əməyin ödənişi üçün xərclənən pulun məbləği isə 22,2 milyard manata çatıb. Əmək haqqı üçün ən çox vəsait dövlət idarəetməsi və müdafiə; sosial təminat sahələrində ayrılıb. Ötən il bu sahələr üzrə maaş ödənişlərinə 2,986 milyard manat xərclənib. Təhsil işçilərinə maaşlar üçün 2,78 milyard manat, ticarət sahəsində çalışanlara 2,673 milyard manat xərclənib. Tikintidə çalışanlar 1,83 milyard manat, mədənçıxarma sənayesində çalışanlar 1,8 milyard manat, emal sənayesində çalışanlar 1,61 milyard manat əmək haqqı alıb. Son illərdə əmək haqqı xərclərinin artması əmək münasibətlərinin şəffaflaşması və maaşlardakı artımla bağlıdır.

 

Qeyd edək ki, əmək ödənişi xərclərinin ölkədə yaradılan əlavə dəyərdə payı inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Həmin ölkələrdə yaranan dəyərin 50, hətta 60 faizi maaşlara sərf edilir. Buna görə də Azərbaycanda əmək haqqı xərclərində daha böyük artım potensialı var.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...