Dollar ucuzlaşır: Avro yenidən BAHALAŞDI 

Dollar ucuzlaşır: Avro yenidən BAHALAŞDI 

Dolların son günlərdə ucuzlaşması ilə əlaqədar avro yenidən 1 dollarlıq həddi keçib. 


Sfera.az xəbər verir ki, sentyabrın 17-dən başlayaraq avro/dollar kursu 1-dən aşağı idi. Hətta sentyabrın son günlərində məzənnə 0,956 səviyyəsinə qədər geriləmişdi. 


Lakin bu ayın 19-dan başlayaraq dolların zəifləməsi müşahidə edilir ki, bu da avro/dollar kursunun yüksəlməsinə imkan yaradır. 


Dolların ucuzlaşması ABŞ mərkəzi bankının faiz dərəcələrini artırmasından sonra baş verib. Bir qədər gec də olsa, Avropa Mərkəzi Bankının da faiz dərəcələrini artıracağına dair yayılan xəbərlər dolları ucuzlaşdırır, avronu isə bahalaşdırır.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR