Logo

Dünya brendi Rusiyanı tamamilə TƏRK EDİR - İmzalar ATILDI

Dünya brendi Rusiyanı tamamilə TƏRK EDİR - İmzalar ATILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Sənaye və Ticarət Nazirliyi Almaniyanın tanınmış və böyük şirkəti olan “Mercedes-Benz”in Rusiyadakı bütün aktivlərini Rusiyanın “Avtodom” dövlət şirkətinə verdiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, bununla bağlı “Mercedes-Benz” ilə “Avtodom” şirkəti arasında müqavilə imzalanıb.

Xatırladaq ki, “Mercedes-Benz” mart ayından Rusiyada istehsalını dayandırıb.

Mərkəzi ofisi Rusiyada olan Avropa Biznes Assosiasiyasının (AEB) məlumatlarına görə, ölkədə “Mercedes” markalı avtomobil satışları sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz azalıb.

Xarici avtomobil şirkətlərinin aktivlərini Rusiya dövlətinə təhvil verməsi ilk hal deyil. Əvvəllər “Renault” və “Nissan” şirkətləri də belə addım atıb.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR