“Əlavə 9 milyard manat...” - Deputat Füzuli Hava Limanının əhəmiyyətini AÇIQLADI

“Əlavə 9 milyard manat...” - Deputat Füzuli Hava Limanının əhəmiyyətini AÇIQLADI

Düz 1 il öncə-oktyabrın 26-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağın "hava qapısı"nın açılışını etdi. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan deputat Vüqar Bayramov deyib ki, Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur və bu da hava limanının xüsusi özəlliklərindəndir:

 

“Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və gələn il ilkin məskunlaşmanın olacağı gözlənilir. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq. Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi olaraq reyslərin təşkil edilməsi müşahidə edilib. Ötən bir ildə, xüsusən, Şuşa şəhərində keçirilən tədbirlərə getmək üçün Bakıdan, bir sıra hallarda isə digər ölkələrdən Füzuliyə birbaşa reyslər olub. Füzuli şəhərinin Baş planına uyğun olaraq həm yaşayış binalarının, həm də sosial-inzibati obyektlərin inşası həyata keçirilir. 2023-cü ilin payız aylarında rayonda ilkin məskunlaşmanın başlanması gözlənilir. Məskunlaşmadan sonra mütəmadi, cədvəl üzrə reyslər həyata keçiriləcək. Qarabağda və Şərqi Zəngəzurda əhalinin məskunlaşması həyata keçirildikcə hava limanından daha sıx şəkildə istifadə ediləcək”.

 

Millət vəkilinin sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı strateji mövqeyə malikdir və işğaldan azad olunmuş ərazilərdən yalnız Zəngilanda məskunlaşmanın həyata keçirilməsinə baxmayaraq, bu hava limanından istifadə səviyyəsi yüksək olub:

 

“Reyslərin həyata keçirilməsi bir daha təsdiq edir ki, hava limanı kifayət qədər strateji əhəmiyyətə malikdir. Eyni zamanda, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq. Füzuli Hava Limanı Qarabağımızın Azərbaycana iqtisadi re-inteqrasiyası baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 9 milyard manata yaxın yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

 

Türkan,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Şanxay limanı yük dövriyyəsinə görə liderdir

Şanxay limanı 2024-cü ildə yük dövriyyəsinə görə dünya liderliyini qoruyub saxlayıb.   Sfera.az bu barədə hökumətin ötən ilin işlərinin yekunlarını ə...

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...

"Unibank" 2024-cü ilin maliyyə nəticələrini AÇIQLADI

Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhf...