Neft Fondu 8,7 milyard manat zərər etdi – SƏBƏBLƏR

Neft Fondu 8,7 milyard manat zərər etdi – SƏBƏBLƏR

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) sahib olduğu vəsaitlər 2022-ci ilin ilk 9 ayında (yanvar-sentyabr) 8,7 milyard manatdan (5,12 milyard dollar) çox dəyərsizləşib. Buna görə də, bu il neft və təbii qazın qiymətinin xeyli yüksəlməsinə baxmayaraq, ARDNF-in aktivlərinin dəyəri cəmi 0,8 faiz, yəni 361 milyon dollar artıb. 


Sfera.az xəbər verir ki, bu ilin əvvəlində ARDNF-də 45 025 milyard dollar dəyərində aktiv var idi. Oktyabrın 1-nə olan məlumata əsasən, aktivlərin dəyəri 45 386 milyard dollara yüksəlib. 


Bu il aktivlərin dəyəri daha çox arta bilərdi. Çünki neft və təbii qazın satışından 8,88 milyard dollar (15,1 milyard manat), digər mənbələr üzrə isə 459 milyon dollar (781 milyard manat) gəlir əldə edilib. Belə böyük gəlirin müqabilində aktivlərin cəmi 361 milyon dollar artması məhz əvvəlki aktivlərin dəyərsizləşməsi ilə bağlıdır. 
Aktivlərdə ciddi artımın olmamasının səbəbi 2 faktorla bağlıdır. Birinci qrup səbəb qlobal səviyyədə yüksək inflyasiyanın müşahidə edilməsi, bunun nəticəsində Mərkəzi Bankların sərt pul-kredit siyasəti yürütməsi ilə əlaqədar qlobal iqtisadi böhran ehtimalının güclənməsi və Ukrayna-Rusiya müharibəsinin yaratdığı neqativ vəziyyətdir. Bu səbəblərdən ARDNF-in səhmlərinin və istiqrazların dəyəri düşüb. 


İkinci səbəb dolların bahalaşmasıdır. ARDNF-in aktivlərinin dəyəri ABŞ dolları ilə ifadə edilir. Son aylarda dolların dəyəri əksər valyutalara nisbətən, o cümlədən ARDNF-in də sahib olduğu avro, funt sterlinq, yapon yeninə qarşı nəzərəçarpacaq dərəcədə bahalaşıb. Digər tərəfdən baha dollar qızılı ucuzlaşdırıb. ARDNF böyük həcmdə qızıla sahibdir və onun qiyməti dollarla olan aktivlərin bir hissəsini təşkil edir. 


Beləliklə, qlobal səviyyədə yaranan qeyri-münasib şərait ARDNF-in aktivlərini dəyərsizləşdirir. 


Əgər mövcud vəziyyət dəyişməsə və proqnozlaşdırıldığı kimi qlobal səviyyədə böhran baş verərsə, böyük ehtimalla ilin sonunda ARDNF-in aktivlərində azalma qaçınılmaz olacaq. 


Əslində iyuldan sonra aktivlərdə azalma müşahidə edilib. İyulda 46,7 milyard dollara yüksələn aktivlərin dəyəri avqustda 46,4 milyard dollara, sentyabrda 45,4 milyard dollara düşüb. Yalnız sentyabrda aktivlərdə azalma 1 milyard dollar olub. 


Eyni vəziyyət oktyabrda da müşahidə olunur və yəqin ki, dinamika pisləşməyə doğru gedəcək, aktivlərin dəyəri bir qədər də azalacaq. Xüsusilə, ABŞ mərkəzi bankının faizləri daha böyük nisbətdə artırmağa davam etməsi maliyyə bazarlarında vəziyyəti bir qədər də pisləşdirəcək. 


İndiki vəziyyətdə aktivlərin azalmaması üçün yeganə yol ARDNF-dən dövlət büdcəsinə transfertlərin azaldılmasıdır. İlk 9 ayda buna nail olunub. Əgər 4-cü rübdə də transfert həcmi bir qədər də azaldılarsa, o halda, aktivlərdəki azalmadan qaçmaq mümkün ola bilər. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...

"Unibank" 2024-cü ilin maliyyə nəticələrini AÇIQLADI

Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhf...

AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir

Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə ...