Azərbaycanda bir ailənin normal yaşaması üçün nə qədər pul lazımdır? - Açıqlama

Azərbaycanda bir ailənin normal yaşaması üçün nə qədər pul lazımdır? - Açıqlama

Son vaxtlar vətəndaşların tez-tez bahalaşmadan şikayətlədiyini müşahidə edirik. Qiymətlər artdıqca, aylıq xərclər də çoxalır, bu isə əksəriyyətin fikrincə, maaşlara adekvat deyil.

 

Bəs, hazırkı dövr üçün aylıq xərcləri bahalaşan qiymətlərə uyğun tənzimləmək mümkündürmü?  Ümumiyyətlə, Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov xatırladıb ki, keçən ilin əvvəlindən başlanan bahalaşma və inflyasiya prosesi hələ də davam edir və bu, özünü daha çox ən zəruri istehlak mallarında büruzə verir:

 

“Ümumiyyətlə, bahalaşmanın əsas hərəkətverici faktoru ərzaq məhsullarıdır. Ümumi inflyasiya səviyyəsi 13 %-dən yuxarı təşkil edirsə, ərzaq məhsulları üzrə bu rəqəm 20%-dən yuxarıya bərabərdir. Odur ki, əhalinin sosial vəziyyətində, yaşayış durumunda ardıcıl olaraq pisləşmə müşahidə edilir. Bu, təkcə bizdə belə deyil, eyni tendensiya hazırda hər yerdə qeydə alınır. Yəni, sıravi vətəndaşların gəlirləri xərclərini ödəmir və aradakı bu fərq getdikcə böyüyür. Hesab edirəm ki, birinci növbədə ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, başqa sözlə desəm, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır. Yəni, növbəti geniş sosial paket həyata keçirilməlidir”.

 

Müsahibimiz qeyd edib ki, cari ilin əvvəlində belə bir paket həyata keçirildi:

 

“Bu ilin əvvəlində minimum əməkhaqqı növbəti dəfə artırılaraq 300 manata çatdırıldı. Ancaq təbii ki, 300 AZN minimum əməkhaqqı səviyyəsi indiki bahalaşmaya uyğun nəticələrə tam cavab verə, mövcud inflyasiya səviyyəsi ilə uyğun gələ bilməz. Cari il üçün əhali üzrə yaşayış minimumu ölkədə 210 manat, əmək qabiliyyətli əhali üzrə 220 manat, pensiyaçılar üzrə 176 manat, uşaqlar üzrə isə 193 manat müəyyən edilib. Belə olan halda deməli, yaşayış minimumu üzrə bu il üçün müəyyən olunan rəqəmlər ümumiyyətlə, müzakirə olunası deyil. Azərbaycanda bir ailənin normal yaşaması üçün real olaraq aylıq orta hesabla təxminən, 3000 manata ehtiyac var. Bahalaşma və inflyasiya prosesi davam etdikcə bu rəqəm artır. Ölkədə növbəti sosial artımlar ilin əvvəlində olacaq. Ancaq həmin vaxtadək bahalaşma səngiyəcək, ya yox, – məlum deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...