Mərkəzi Bank valyuta hərracı keçirdi – Dollara tələb 2 dəfə artıb
İqtisadiyyat
13:21 / 20.10.2022
10177
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sfera.az xəbər verir ki, xərracda tələb 53,2 milyon dollar olub və tam təmin edilib.
Xatırladaq ki, əvvəlki hərraclarda tələb 20-30 milyon dollar arasında dəyişirdi.
Son hərracda tələbdə 2 dəfəyə yaxın artımın qeydə alındığı görünür.
Ümumilikdə, bu il Azərbaycanda dollara tələbin zəifləməsi müşahidə edilir.
Vasif,
Sfera.az