Logo

Azərbaycanda 302,1 min işsiz var - RƏSMİ

Azərbaycanda 302,1 min işsiz var - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bu ilin oktyabrın 1-nə olan məlumata əsasən 302,1 min işsiz var.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 5,351 milyon iqtisadi fəal əhali olub. Onlardan 5,049 milyon nəfərini məşğul əhali, 302,1 min nəfərini işsizlər təşkil edib.

Ölkəmizdə işsizlik səviyyəsi (işsizlərin iqtisadi fəal əhaliyə nisbəti) isə 5,65 faizdir.

Xatırladaq ki, 2021-ci ilin sonunda 5,304 milyon iqtisadi fəal əhali olub. Onların 4,988 milyon nəfəri məşğul, 316 min nəfəri işsiz əhali idi. Ötən ilin sonunda işsizlik səviyyəsi 5,96 faiz olmuşdu.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR