Logo

FAO açıqladı: Ərzaq qiymətləri enir

FAO açıqladı: Ərzaq qiymətləri enir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.

Sfera.az xəbər verir ki, indeks sentyabrda aylıq müqayisədə 1,1 faiz azalıb. Amma illik müqayisədə ərzaq qiymətləri 5,5 faiz artıb.

FAO bildirir ki, qiymətlərin enməsinə qlobal iqtisadi böhran əlamətlərinin təsiri güclü olub.

Bitki yağı qiymətləri aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib.

Süd məhsulları ayda 0,6 faiz, ət qiymətləri 0,5, şəkər qiymətləri 0,7 faiz azalıb.

Sentyabrda yalnız taxıl qiymətləri artıb. Taxıl qiymətləri bir ayda 1,5 faiz, buğda qiymətləri isə 2,2 faiz artıb.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR