Azərbaycanda qiymətlər enəcək –  Ekspert ŞƏRHİ

Azərbaycanda qiymətlər enəcək –  Ekspert ŞƏRHİ

Tanınmış beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına görə, qarşıdakı aylarda dünyada iqtisadi böhranın olması ehtimalı əmtəə bazarlarında qiymətlərin düşməsinə səbəb olacaq. Ucuzlaşacaq məhsullar arasında qeyri-ərzaq malları ilə yanaşı, ərzaq mallarının da olacağı proqnozlaşdırılır. 


Bəs dünya əmtəə bazarlarında baş verən qiymət dəyişiklikləri Azərbaycanda da müşahidə ediləcəmki?


Sfera.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli qeyd etdi ki, qlobal əmtəə qiymətlərində azalmalar artıq müşahidə edilir. Onun fikrincə, neftin qiymətinin 120 dollardan 80 dollara enməsi bunun göstəricisidir. Ekspert enerji daşıyıcıları ilə yanaşı metalların dəyərinin düşməsinin də müşahidə olunduğunu söylədi.
O iqtisadi aktivliyin azalmasının əmtəə qiymətləri ilə yanaşı yüklərin daşınması qiymətlərində də azalmaya səbəb olduğunu bildirdi.


X.Kərimli hesab edir ki, qlobal iqtisadiyyatda, əmtəə bazarlarında baş verən proseslərin ərzaq qiymətlərinə də təsiri olacaq:

 

“Lakin ərzaq qiymətlərinə olan təsir qeyri-ərzaq qiymətləri ilə müqayisədə güclü olmayacaq. Ərzaq elə bir məhsuldur ki, onun istehlakı vacibdir. Qiymətlər yüksək olsa belə insanlar qidalanmalıdır. Bununla belə son 5 ayda FAO-nun açıqladığı Qlobal Ərzaq Qiyməti İndeksinin davamlı düşməsi də müşahidə edilir. İndeksdəki dəyişiklik göstərir ki, avqustda ərzaq qiymətləri iyul ayı ilə müqayisədə 1,9 faiz düşüb. Ərzaq qiymətlərində düşmə son 5 ayda davamlı xarakter alıb. Ucuzlaşma həm taxıl, həm yağ, həm də ət, süd və şəkərdə baş verir. İqtisadi aktivliyin azalması əmtəə qiymətlərinə azaldıcı təsir göstərir və yəqin ki, qarşıdakı aylarda da qiymət enməsini görəcəyik”.


X.Kərimli Azərbaycanda da qiymət azalmalarının olacağını proqnozlaşdırır. Onun fikrincə, manatın məzənnəsinin sabit olması da qiymət azalmasına kömək edəcək:

 

“Azərbaycanda qiymətlərə azaldıcı təsiri həm də dollar/manat məzənnəsinin sabit qalması göstərəcək. Dollarla birgə manatın da bahalaşması, möhkəmlənməsi Azərbaycanda inflyasiyanın tədricən enməsinə kömək edəcək. Mövcud şərtlər və gözlənilən dəyişikliklər qiymətlərin, o cümlədən ərzaq qiymətlərinin enəcəyini proqnozlaşdırmağa əsas verir”.

 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

7 mart 2025-ci ildə dərc edilən Prezident fərmanı ilə Türkiyə Şpitsbergen (Svalbard) müqaviləsini rəsmi olaraq qüvvəyə mindirib. Bu müqavilə Türkiyə vətəndaşlar...

Məşhur televiziya şousu ulduzunun həyat yoldaşı onu sifarişlə öldürmək istəyib

"Ghost Adventures" realiti-şousunun ulduzu Aaron Qudvinin həyat yoldaşı, 32 yaşlı Viktoriya ərini öldürməyi planlaşdırdığı üçün həbs edilib. Bu barədə...

Millimiz məğlub oldu

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.   Sfera.az xəbər verir ki, Afinadakı “DAİS Sports Ha...

Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.   Sfera.az bildirir xəbər verir ki, bu barə...

Dağ Gəzintisi zamanı həyatını itirmişdi: “Mango” qurucusunun istintaqı yenidən açıldı

Türkiyədə doğulan, 14 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçən və tekstil nəhəngi “Mango” nun qurucularından İsak Andiç Ermay ötən ilin dekabrın...

Qadın güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.a...