Neftin qiyməti 130 dollara qalxacaq - ABŞ-dan proqnoz

Neftin qiyməti 130 dollara qalxacaq - ABŞ-dan proqnoz

ABŞ-ın neft hasilatı 2017-ci ildə gündəlik 8,6 mln. barelə endikdən sonra 2040-cı ilə qədər 11,3 mln. barelə yüksələcək. Buna səbəb neftin qiymətinin cari 50 dollar/barel səviyyəsindən 130 dollar/barelə yüksəlməsi olacaq.

 

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları İdarəsinin illik energetika proqnoz hesabatına görə, hasilat əsasən neftin qiymətinin artması, iş metodlarının effektivliyinin yüksəlməsi, texnologiyanın inkişafı nəticəsində xərclərin azalması və çətin hasil olunan neft resursların rahat əldə olunması ilə baş tutacaq. Hesabatda 2016-cı ildə orta neft qiymətlərinin 36 dollar/barel olacağı proqnozlaşdırılıb.

 

Həmçinin bildirilib ki, neftin qiymətinin kəskin azalması əsasən çətin hasil olunan neftin həcminin azalmasına gətirib çıxarıb. Belə ki, 2015-ci ildə bu tip neftin gündəlik hasilatı 4,9 mln. barel/gün olubsa 2017-ci ildə bu göstəricinin 4,2 mln. barelə enməsi gözlənilir. 2040 -cı ilə qədər isə hasilatın 7,1 mln. barel/günə yüksəlməsi ehtimal edilir.

 

ABŞ-ın neft hasilatının artırmasına həmçinin şelf yataqlarındakı ehtiyatların işlənib hazırlanması kömək edəcək. Belə ki, 2040-cı ilə qədər şelf sahələrindən hasilatın gündəlik 1,6 mln. barelə çatması propqnozlaşdırılır.

 

 

Report //

Sfera.az 



OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...