Azərbaycan banklarında əcnəbilərin nə qədər pulu var?
Kateqoriya məlum deyil
Bu ilin sentyabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında əcnəbilərin 876,4 milyon manat əmanəti var.
Sfera.az xəbər verir ki, ilin əvvəlindən əcnəbilərin Azərbaycan banklarında olan pulu 575 milyon manat və ya 1,91 dəfə artıb.
Əcənəbilərin banklarda olan pulunun 654 milyon manatı xarici valyutada, 222 milyon manatı milli valyutadadır.
Ümumilikdə, banklarda olan əmanətlərin 8,1 faizi əcnəbilərə məxsusdur.
Vasif,
Sfera.az






