Logo

Problemli kreditlərin xüsusi çəkisi minimuma endi - SƏBƏB

Problemli kreditlərin xüsusi çəkisi minimuma endi - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi son 10 ildə ilk dəfə olaraq 3,4 faiz səviyyəsinə enib.

Sfera.az xəbər verir ki, ötən ilin sonunda bu göstərici 4,2 faiz idi.

Mərkəzi Bankın 2022-ci ilin sentyabrın 1-nə olan məlumatına əsasən, kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlər üzrə borc 19,137 milyard manatdır. Bu borcun 660 milyon manatı vaxtında qaytarılmır, yəni problemli borcdur.

Ötən ilin sonunda problemli borcların həcmi 719 milyon manat olmuşdu və bütün borcların 4,2 faizini təşkil edirdi.

Ümumilikdə, 2017-ci ildən sonra problemli kreditlərin xüsusi çəkisində azalma müşahidə edilir. 2017-ci ildə cəmi kredit borclarının 13,8 faizi, yəni 1,626 milyard manatı vaxtında qaytarılmadığı halda, 2019-cu ildə 8,3 faizi (1,273 milyard manat), 2021-ci ildə 4,2 faizi (719 milyon manat) vaxtında qaytarılmayan kredit borcu olub. 
Problemli kreditlərin həcminin və xüsusi çəkisinin azaldılması son illərdə hüquqi və fiziki şəxslərin iqtisadi imkanlarının yaxşılaşması, kreditlərin əsasən, kredit tarixçəsi yaxşı olan şəxslərə verilməsi, rəsmi gəlirin tələb olunması, iqtisadiyyatda şəffaflaşmanın genişlənməsi və s. amillərlə bağlı olub.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR