Dollar bir az da BAHALAŞDI - Məzənnə tədricən 2001-ci ildəki səviyyəyə yüksəlir

Dollar bir az da BAHALAŞDI - Məzənnə tədricən 2001-ci ildəki səviyyəyə yüksəlir

ABŞ milli valyutasının ümumi dəyərini ifadə edən Dollar İndeksi bu gün bir qədər də bahalaşaraq 114,5 səviyyəsinə çatıb. 


Sfera.az bildirir ki, dolların bahalaşması prosesi 2021-ci ilin mayından müşahidə edilir. Həmin tarixdə indeks 90 səviyyəsində idi və ötən müddətdə dollar 27 faizdən çox bahalaşıb. 


Dollarda bahalaşma sentyabrda bir qədər də güclənib. Sentyabrın 12-də 108 olan indeks hazırda 114,5 həddindədir. Qısa müddətdə indeks 6 faiz yüksəlib. 


Bəs dollar bundan sonra nə qədər yüksələcək? 


Qeyd edək ki, dolların bahalaşması sadəcə ABŞ-dan asılı olan məsələ deyil. Dolların məzənnəsinə ən güclü təsiri avro edir. Avrodan başqa funt sterlinq, yen, İsveçrə frankı, İsveç kronu və Kanada dollarının vəziyyəti də dollara təsir imkanına sahibdir. 


Avronun dollara təsir imkanı 57 faizdir. Buna görə də, avrozonada iqtisadi vəziyyət dolları asanlıqla bahalaşdıra və ya ucuzlaşdıra bilir. Son aylarda ABŞ mərkəzi bankının yüksək inflyasiya ilə mübarizə məqsədilə faizləri bir neçə dəfə artırması müqabilində Avropa Mərkəzi Bankının daha mühafizəkar davranması yanaşma tətbiq etməsi səbəbdən avro ucuzlaşır, dollar isə bahalaşır. 


Əgər qarşıdakı aylarda da ABŞ-ın faizləri daha çox artırması müşahidə edilərsə, dollar bir qədər də bahalaşacaq. Dollar İndeksinin 2001-2002-ci illərdə olduğu kimi 120 səviyyəsinə çatması real görünür. 


Vasif,
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...