Logo

Ukrayna müharibəsi Rusiya fond bazarını da VURDU - Kəskin UCUZLAŞMA

Ukrayna müharibəsi Rusiya fond bazarını da VURDU - Kəskin UCUZLAŞMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 21-də ticarət sessiyasının əvvəlində Rusiya fond bazarında kəskin ucuzlaşma qeydə alınıb.

Sfera.az xəbər verir ki, Moskva Birjası indeksi bir gün əvvəl 8,84 faiz ucuzlaşdıqdan sonra bu gün daha 5 faizdən çox düşüb.

Saat 11:13-ə olan məlumata görə, Moskva birjasının indeksi 2102,26 bənd (5,12 faiz azalma), RTS indeksi isə 1065,5 bəndədək (7,68 faiz azalma) düşüb.

Qeyd edək ki, Rusiyanın əsas birjasında indekslərin düşməsinə ölkənin iqtisadi vəziyyətinin pisləşməsinə dair məlumatların yayılması, eyni zamanda Ukrayna ilə müharibədə uğursuzluqların səbəb olduğu ehtimal edilir.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR