Avropalılar qışda işıqsız və qazsız qalmamaq üçün Türkiyəyə axışır – Otellər bron edilib, şok rəqəmlər

Avropalılar qışda işıqsız və qazsız qalmamaq üçün Türkiyəyə axışır – Otellər bron edilib, şok rəqəmlər

Turizmdən böyük gəlirləri adətən yay mövsümündə əldə edən Türkiyə üçün bu dəfə qış mövsümündə də yüksək gəlir əldə etmək imkanı yaranıb.

 

Sfera.az Türkiyənin “Sabah” qəzetinin apardığı araşdırmaya istinadən xəbər verir ki, avropalılar soyuq qışdan qorunmaq üçün digər ölkələrə, xüsusən də, Türkiyəyə turist səfərlərinə çıxacaqlar.

 

Qəzet yazır ki, Avropada əhaliyə satılan enerji qiymətləri 10 dəfədən çox artıb və yüksək bahalaşmaya baxmayaraq, əhali istədiyi qədər qaz, elektrik enerjisi ala bilmir. Buna görə də, imkanı olan şəxslər qışda işıqsız və qazsız qalmamaq üçün Türkiyədəki otellərə axışacaq.

 

İlkin məlumatlar da göstərir ki, qışda Türkiyəyə turist sayı çox olacaq. Artıq noyabr ayı üçün otellərdə nömrələrin rezervasiyaları 50 faiz artıb.

Türkiyənin ən yaxşı otelləri – SİYAHI, FOTOLAR - FED.az

Enerji böhranı ilə birlikdə təqaüdçü turistlərin sayında əhəmiyyətli artım gözlənilir. Hətta qışda qapılarını bağlayan bir çox otellər də bu il tam gücü ilə işləmək üçün hazırlıqlarını tamamlayıb. Sektor son 3 ilin ən aktiv qış mövsümünü keçirəcəyini gözləyir.

 

Anadolu Turizm Operatorları Dərnəyi İdarə Heyətinin üzvü Ferhan Ademhan tətil bölgələrindəki obyektlərin bir qayda olaraq sentyabr ayı üzrə 50 faiz, oktyabr ayı üzrə 80 faiz, noyabr ayı üzrə isə tamamilə bağlandığını xatırladıb. O, bu il vəziyyətin tam fərqli olacağını söyləyib:

 

“Bu il bizim obyektlər tam gücü ilə işləyəcək. Yeni vəziyyət məşğulluğu artıracaq, işsizliyin azalması ilə vətəndaşlarımızın rifahının daha da artacağını düşünürük. Hazırda ölkəmizdə ukraynalı və rusiyalı turistlərin çoxluq təşkil etməsi, tətillərini uzatmaları və mənzil kirayə etmələri müşahidə olunur. Təbii qaz qıtlığı səbəbindən Avropadan ciddi rezervasiya, tələb artışı gözləyirik”.

Avropanın qaz problemi: Bu qış çox soyuq olacaq - TƏHLİL »  XeberlerAgentliyi.com

Avropadan turist axınının əvvəlki illərdə oktyabr ayında dayandığını bildirən Ademhan bu il, oktyabr ayından bəri Avropa ölkələrindən Türkiyəyə agentliklər tərəfindən edilən sifarişlərdə 30 faiz artımın qeydə alındığını dedi:

 

“Bundan əlavə, görürük ki, on minlərlə avropalı fərdi olaraq rezervasiya edir. Yəni, bu qış sırf enerji böhranına görə, 5 milyon daha çox turisti qəbul edəcəyimizi proqnozlaşdırırıq”.

 

Bu il turist sayının 40 milyona çatmasının gözlənildiyini qeyd edən Ademhan indiyə qədər turist sayının 26 milyonu keçdiyini və bunun 35 milyard dollar gəlir gətirəcəyini deyib.

 

Turist axınının güclü olması Türkiyədə ticarət və ictimai iaşə müəssisələrinin iş həcminə də müsbət təsir göstərəcək. Yeni vəziyyətlə əlaqədar yay mövsümündə olduğu kimi, qışda da iri ticarət obyektlərinin, AVM-lərin (Mall), restoran və kafelərin, barların bir çoxunun 24 saat rejimində işləyəcəyi gözlənilir.

 

Vasif,

Sfera.az


OXŞAR XƏBƏRLƏR