Mərkəzi Bankdan SON DƏQİQƏ AÇIQLAMASI

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, uçot dərəsi 7,75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində qalıb.
AMB bu qərarını son 2 ayda inflyasiya səviyyəsində əhəmiyyətli dəyişikliyin olmaması ilə əlaqələndirib:
“Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərdə baş verən azalmanın zaman intervalı ilə təsirlərini də nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır. 2023-cü ilə isə inflyasiya proqnozu azaldılmışdır”.
AMB bildirir ki, monetar amillər də inflyasiyaya azaldıcı təsir edir:
“Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlüdür. Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin yüksəlməsi inflyasiyanın məhdudlaşdırıcı amillərindən olub”.
Vasif,
Sfera.az