Rusiya “Mir”i genişləndirmək istəyir – ABŞ sanksiyaları genişləndirəcək?

13:31 / 16.09.2022
30339
ABŞ-ın sanksiya hədələrinə baxmayaraq, Rusiya Mərkəzi Bankı “Mir” ödəniş sisteminin genişləndirilməsi üçün əlaqələrini davam etdirməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı “Mir” kartlarının qəbulu sahələrinin genişləndirilməsi üçün xarici tərəfdaşlarla dialoqu davam etdirəcək.
Rusiyanın “Vedomosti” nəşrinin məlumatına əsasən, Rusiya Mərkəzi Bankı 2025-ci ilə qədər “Mir” sistemi ilə ödəniş alan ölkələrin sayını 20-yə, 2030-cu ilə qədər isə 35-ə çatdırmağı hədəfləyib.
Xatırladaq ki, ABŞ Rusiyadan kənarda “Mir” sistemindən istifadəyə imkan verən ölkələri, bankları sanksiyalarla hədələyib.
Vasif,
Sfera.az