Logo

Azərbaycanın ötən ay idxal etdiyi buğdanın qiyməti AÇIQLANDI

Azərbaycanın ötən ay idxal etdiyi buğdanın qiyməti AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqust ayında Azərbaycana idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 628,78 manat olub.

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb.

DSK-nın hesablamalarına görə, bu il idxal edilən malların dəyərində ciddi artımlar var.

2022-ci ilin iyul ayında idxal olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 1,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə 23,6 faiz artıb.

Ümumilikdə, bu ilin 7 ayında idxal olunan mallar üzrə qiymət səviyyəsində 21,8 faiz artım baş verib.

Qeyd edək ki, idxal mallarının kəskin bahalaşması Azərbaycanda qida məhsullarının dəyərinin 21,6 faiz artmasına səbəb olub.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR