Logo

Yüksək inflyasiya: Dollar yenidən BAHALAŞDI

Yüksək inflyasiya: Dollar yenidən BAHALAŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da illik inflyasiyanın gözləniləndən yüksək olması dolları yenidən bahalaşdırıb.

Sfera.az xatırladır ki, dünən ABŞ-da istehlak qiymətlərinin indeksi açıqlanıb. Bütün gözləntilərdə inflyasiyanın 8,1 faiz olacağı proqnozlaşdırıldığı halda faktiki inflyasiya 8,3 faiz olub ki, bu da qiymətlərin hələ də yüksək artım sürətinə sahib olduğunu göstərir.

Yüksək inflyasiyadan sonra birjalarda belə qənaət formalaşıb ki, ABŞ mərkəzi bankı funksiyasını yerinə yetirən FED faizləri daha çox artıracaq. Faizlərin daha çox artırılması isə dolları bahalaşdıracaq.

Bu gözlənti ilə əlaqədar dünəndən dollar bahalaşır və hazırda avro/dollar pariteti 1-dən aşağıdır.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR