Logo

Avronun ucuzlaşması Azərbaycana təsir edirmi? – Ekspert açıqladı

Avronun ucuzlaşması Azərbaycana təsir edirmi? – Ekspert açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Avronun manat qarşısında dəyər itirməsi heç bir əhəmiyyət kəsb etmir”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Pərviz Heydərov deyib. Onun sözlərinə görə, avronun manat qarşısında dəyər itirməsi o vaxt müsbət əhəmiyyət kəsb edərdi ki, avrozonadan gətirdiyimiz mallar ucuz başa gəlsin:

“Bu isə belə deyil, çünki Avropada inflyasiya baş alıb gedir. Avrozonadan mal və məhsul idxalımız necə stimulverici xarakter daşıya bilər ki, hər şey bahadır?! Ərzaq inflyasiyası 10,5 faizdir, digər mal və xidmətlər 4-5 faiz. Odur ki, avronun ucuzlaşması bizim üçün heç bir əhəmiyyət kəsb etmir”.

Ekspert bildirib ki, avro ucuzlaşdıqca, ölkənin maliyyə ehtiyatlarının bu valyuta ilə olan hissəsində itiririk:

“Bəs, avro nə vaxtadək ucuzlaşacaq? Qeyd etdiyim kimi Avropa Mərkəzi Bankının tədbirləri heç bir effekt vermir. Ümumiyyətlə, qərarların operativ qəbulu və vəziyyətə müdaxilə baxımından ABŞ-ın maliyyə tənzimləyiciləri daha effektiv addımlar atırlar. Bu isə ABŞ valyutasını əlavə möhkəmləndirir. Odur ki, Avropada birinci növbədə inflyasiya cilovlanmalıdır”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR