"Avropa ən pis qışlardan birinə hazırlaşır" – Paolo Gentiloni
İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni qarşıdan gələn qışın Avropa tarixində ən pis qışlardan biri ola biləcəyini deyib.
Sfera.az-ın məlumatına görə, o bəyan edib ki, qazın qiymətinin qalxması fonunda qarşıdan gələn istilik mövsümü çətin keçəcək.
"Biz görünməmiş qeyri-müəyyənliklə üzləşmişik", - deyən Paolo Gentiloni bununla belə vurğulayıb ki, bütövlükdə Avropa İttifaqı iqtisadiyyatının göstəriciləri müsbətdir və əmək bazarında vəziyyət yaxşıdır.
Qeyd edək ki, avropalı mütəxəsislər Rusiya qazının tədarükündəki fasilələr səbəbindən köhnə qitənin 2023-cü ildə istilik mövsümünə hazırlıqda böyük problemlərlə üzləşəcəyini bildiriblər. Avropa ölkələrinin enerji resursları ilə təminatı problemləri ən azı 2025-ci ilə qədər uzana bilər və o vaxta qədər Avropa enerjinin istehlakçılar arasında bölüşdürülməsində çətinliklərlə üzləşəcək.
Vasif,
Sfera.az