Azərbaycanla Türkiyə arasında investisiya əməkdaşlığı genişləndiriləcək - FOTO
Kateqoriya məlum deyil
İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, görüşdə Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi, infrastruktur sahələrinə sərmayə qoyuluşu barədə müzakirələr aparılıb:
"Ölkələrimiz arasındakı birliyə və möhkəm dostluğa əsaslanan münasibətlərin nümunəvi xarakter daşıdığını məmnunluqla vurğuladıq, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığımıza töhfələrini qeyd etdik”.







