Logo

Enerji məhsullarının istehlakında dəyişiklik: Əhali qaz istehlakını sürətlə artırır 

Enerji məhsullarının istehlakında dəyişiklik: Əhali qaz istehlakını sürətlə artırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əhalisinin təbii qaz istehlakında son illərdə ciddi artım baş verib.

Sfera.az ev tәsәrrüfatlarında enerji mәhsullarının istehlakına dair rəsmi məlumatlara istinadən xəbər verir ki, son 5 ildə təbii qaz, istilik enerjisinin istehlakının artması, elektrik enerjisi və odun istehlakının isə azalması müşahidə olunub.

2017-ci il ərzində ev təsərrüfatları 2,826 milyard kub metr təbii qaz istehlak etmişdi. Bu göstərici 2020-ci ildə 3,79 milyard kub metrə çatıb, 2021-ci ildə 4 milyard kub metri ötüb. Beş il ərzində əhali qrupunda təbii qaz istehlakı 1,17 milyard kub metrdən çox, yəni 41,5 faiz artıb.

Ev təsərrüfatları 5 il ərzində istilik enerjisi istehlakını da artırıb. Əvvəllər 1 130 min Qkal olan istilik enerjisi istehlakı ötən il 1 237 min Qkal-a qədər artıb. Elektrik enerjisi istehlakı isə son 5 ildə 7,135 milyard kVt/saat-dan 6,96 milyard kVt/saat-a kimi azalıb. Odun istehlakında azalma daha böyük olub. Beş il əvvəl 26,4 min ton odun istehlak edən əhali ötən il 11,7 min ton odunla kifayətlənib.

Vasif,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR