Çindən Rusiya JEST: Baha neft alınmasına...

Çindən Rusiya JEST: Baha neft alınmasına...

Çin Rusiyadan neft qiymətlərinə məhdudiyyət tətbiq edilməsinə qarşı çıxıb.


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib. 


Nazirlik rəsmisi bildirib ki, Çin hökuməti G7 ölkələrinin Rusiya neftinə qiymət tavanı tətbiq etmək qərarına qarşıdır və qrupun bu məsələdə mövqeyinin dəyişəcəyinə ümid edir:

 

“Neft qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, G7 dövlətləri bu məsələyə yenidən baxacaq və konstruktiv qərarlar qəbul edəcək”.


Qeyd edək ki, sentyabrın 2-də G7-nin maliyyə nazirləri Rusiya neftinə tavan qiymət tətbiq etmək barədə razılığa gəliblər. Eyni zamanda, G7 dövlətləri ən həssas və ehtiyacı olan ölkələrə Moskvadan yanacaq almaq imkanı verəcək xüsusi yumşaldıcı mexanizm yaratmağı planlaşdırır.


Vasif,
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR