Türk lirəsi bu tarixə qədər 55 faizdən çox ucuzlaşacaq: Hökumətdən YENİ PROQNOZ

Türk lirəsi bu tarixə qədər 55 faizdən çox ucuzlaşacaq: Hökumətdən YENİ PROQNOZ

Türk lirəsi 2026-cı ilə qədər daha 55 faiz ucuzlaşacaq. 


Sfera.az xəbər verir ki, bununla bağlı proqnoz Türkiyə hökumətinin hazırladığı 2023-2025-ci illəri əhatə edən Orta Müddətli Proqramda əksini tapıb. 


Hökumətin proqnozuna əsasən, bu il dollar/lirə kursu 16,62 olacaq. Məzənnə 2023-cü ildə 21,52-yə, 2024-cü ildə 24,62-yə, 2025-ci ilin yekununda isə 25,77-yə qədər yüksələcək. 


Proqnozdan belə məlum olur ki, qarşıdakı 3 ildə dollar lirəyə nisbətən daha 55 faiz bahalaşacaq.


Xatırladaq ki, hazırda dollar/lirə kursu 18,2-dir. Təcrübə göstərir ki, Türkiyə hökumətinin məzənnə ilə bağlı proqnozu əksər hallarda özünü doğrultmur və fərq daha böyük olur. Buna görə də, qarşıdakı illərdə lirənin daha çox ucuzlaşacağını təxmin etmək mümkündür.  


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...