Azərbaycanın hansı bölgəsində kredit faizləri daha yüksəkdir? – Mərkəzi Bank açıqladı

Azərbaycanın hansı bölgəsində kredit faizləri daha yüksəkdir? – Mərkəzi Bank açıqladı

Bakıdan sonra ölkə üzrə ən aşağı orta kredit faizləri Naxçıvanda təklif edilir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycan üzrə orta kredit faizi 12.12 faiz olduğu halda, bu göstərici Bakıda 10.68, Naxçıvanda isə 13.04 faizdir.

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan iqtisadçı deputat Vüqar Bayramov xatırladıb ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda bütün növ biznes borclanması da daxildir və bu baxımdan, istehlak kreditləri üzrə orta faiz dərəcəsi daha yüksəkdir:

 

“Rayonlarda orta kredit faizlərinin Bakı şəhəri ilə müqayisədə kəskin yüksək olması da digər diqqət çəkən məqamlardam biridir. Belə ki, orta kredit faizi Dağlıq Şirvan İqtisadi Rayonunda 19.47, Mil-Muğanda 19.02, Şirvan-Salyanda 18.88, Qarabağda 18.74, Lənkəran-Astarada 18.65, Qazax-Tovuzda 18.25, Mərkəzi Aranda 18.18 faizdir. Digər iqtisadi rayonlarda da orta kredit faizləri paytaxt ilə müqayisədə çoxdur. Bəzi rayonlarımızda orta kredit faizləri Bakıya nisbətən 2 dəfə yüksəkdir”.

 

Millət vəkilinin sözlərinə görə, regionlarda yüksək faizlər daha çox borclanma yaradır:

 

“Eyni zamanda, regionlarda sərmayə qoyluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir. Ümumi kredit portfelinin də 80 faizə yaxını paytaxtın payına düşür. Bu da bölgələrdə kredit qoyluşlarının Bakı ilə müqayisədə xeyli az olduğundan xəbər verir. Bu isə o deməkdir ki, Mərkəzi Bank tərəfindən kredit portfelində və faizlərində regional disbalansın azadılması və eləcə də bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...