Dollardan imtinanın müşkülə çevrilməsi, milli valyutalar üçün devalvasiya riski – Şərh

Dollardan imtinanın müşkülə çevrilməsi, milli valyutalar üçün devalvasiya riski – Şərh

“Qlobal maliyyə bazarları Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə təzyiqlərlə üzləşir və Çin fürsət taparaq ABŞ dollarının hegemonluğunu aradan qaldırmağı hədəfləyir. ABŞ iqtisadiyyatındakı bahalaşma və inflyasiya Çinin dünya bazarlarında yeni strateji mövqelərə yiyələnməsi üçün yaşıl işıq yandırır”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.

 

Onun sözlərinə görə, ABŞ rəqiblərinin dəyirmanına su tökməmək üçün iqtisadi alətlərindən aqressiv şəkildə istifadə etmək məcburiyyətindədir:

 

“ABŞ dolların dominantlığını saxlamaqdan ötrü pul siyasətini yenidən şəkilləndirməlidir, ABŞ Federal Ehtiyatlar Bürosu (FED) buna görə faiz dərəcələrini artırmağı qarşıya məqsəd qoyur. FED faiz dərəcələrini artırarsa, qlobal vitrinlərdə dollarlaşma sürətlənəcək və Çin valyutası yuan bəzi mövqelərini tərk edəcək. ABŞ xarici investorları dollarla sərmayə qoymağa cəlb etmək üçün dollarlaşmanı sürətləndirmək ehtiyacı ilə qarşı-qarşıya olduğundan, bunun digər milli valyutalara mənfi təsir edəcəyi riski də ortalığa çıxır.

 

Dolların gücü investorları dollarla ifadə olunan aktivləri almağa məcbur edir, lakin Çin alternativ alətləri dünyaya gətirmək üçün hərəkət içərisindədir. Etiraf etmək lazımdır ki, ABŞ dolları beynəlxalq miqyasda ən etibarlı valyuta və iqtisadi təhlükəsizliyi təmin edən sığınacaq olaraq qalır”.

 

Ekspert qeyd edib ki, bəzi ölkələr beynəlxalq ticarətdə hər nə qədər milli valyuta ilə mübadilə həyata keçirməyə çalışsalar da, dollarla ifadə olunan aktivlərə bazar tələbi aşağı düşmür, əksinə, əlavə dəstək qazanır:

 

“Buna görə milli valyutalarla beynəlxalq iqtisadi sistemdə ticarət müşkülə çevrilir, Rusiya, Türkiyə və İran da alternativ bir presedent yaratmaq imkanlarından məhrum kimi görünürlər. Milli valyutaların məzənnəsinin dolların bahalaşması ilə tərs mütənasibliyi böyük şirkətlərin risklərdən qaçmaq üçün ABŞ valyutasına olan etibarını yüksəldir.

 

Lakin Çin dolları oturduğu taxtdan endirmək üçün səylərini əsirgəmir, Pekində böyük bir inam var ki, ABŞ valyutasını çökdürmək baş tutacaq. Çin öz axtarışlarında uğur qazanarsa, bu, onun təsir dairəsində dollara əsaslanan nizamı pozacaq.

 

Lakin ABŞ-ın dollar hegemonluğu tezliklə yox olmayacaq. Sadəcə, qlobal bazarlardakı qeyri-sabitliyin hazırkı raundu Çinə öz alternativ potensialını inkişaf etdirmək imkanı verir.

 

Çinin alətləri effektiv nəticələr hasil etsə, onda ABŞ dünyanı dollarla yeni sınağa çəkəcək və digər valyutaların devalvasiyası qaçılmaz olacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...