"Azərbaycan İtaliya ilə ticarət dövriyyəsini böyüdəcək" – Millət vəkili 

"Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək".


Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya başlayan səfərini şərh edən zaman bildirib.

 

V.Bayramov qeyd edib ki, İtaliya Azərbaycanın strateji mütəffiqlərindədir və adıçəkilən Avropa ölkəsini təmsil edən şirkətlər işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında fəal iştirak edilər:

 

“Azərbaycan İtaliya da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin formalaşmasına, neftə və eləcə də mavi qaza olan tələbatının ödənilməsinə birbaşa dəstək və töhfə verir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır, deməli, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir. 2020-ci ilin sonuncu ayından etbarən isə Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Son 1 ildə Azərbaycan Avropaya 15 milyard kub metrə yaxın mavi qaz ixrac edib. TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir”.


V.Bayramov rəsmi məlumatlara istinadən vurğulayıb ki, iki ölkə arasındakı ticarət dövriyyəsində kəskin artımlar var:

 

“Azərbaycan ilə İtaliya arasındakı ümumi ticarət dövriyyəsi 2020-ci ildə 4 milyard 568 milyon dollar olmuşdu. Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 9 milyard 663 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycanın İtaliyaya ixracatı 9 milyard 243 milyon, idxalı isə 419.7 milyon dollar olub. Bu ilin ilk 6 ayında isə 9 milyard 116 milyon dollarlıq ticarət qeydə alınıb. İtaliyaya 8 milyard 972 milyon dollar məhsul ixrac edən ölkəmiz sözügedən Avropa ölkəsindən 144.3 milyon dollarlıq idxal həyata keçirib. Bu ilin ilk 8 ayında isə 11 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu isə o deməkdir ki, artıq bu ilin geridə qalan 8 ayında ticarət dövriyyəmiz ötən ilki ümumi rəqəmdən daha çox olub”.


V.Bayramovun fikrincə, Azərbaycan, eyni zamanda, qeyri-neft məhsullarını İtaliya bazarına çıxarmaq niyyətindədir: “İtaliya Azərbaycan üçün qeyri-neft ixracatı baxımından yeni bazarlardan biri hesab olunur. Təbii ki, Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından vacibdir. Bu mənada, İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri imkan verəcək ki, Azərbaycanın iş adamları, qeyri-neft sektorunda çalışan sahibkarlar bu strateji münasibətlərin inkişaf etməsindən faydalana bilsinlər”.

 

Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...