Dünyanın ən bahalı metalı ucuzlaşır: son 6 ayda 31 faiz dəyər itirib

Dünyanın ən bahalı metalı ucuzlaşır: son 6 ayda 31 faiz dəyər itirib

Dünyanın ən bahalı metalı olan rodiumun bir qramının qiyməti son 6 ayda 31 faizdən çox azalaraq 453 dollara enib. 


Sfera.az xatırladır ki, 6 ay öncə rodiumun bir troyan unsiyasının (31,1 qram) qiyməti 20 300 dollar idi. Həmin tarixdə bir qram rodium 652 dollardan baha satılırdı. 
Rodiumun dəyəri 5-10 il əvvəl belə yüksək deyildi. 1995-ci ildə rodiumun qiyməti 5,5 dollar idi. Həmin ildə qızılın qiyməti isə 11-12 dollar ətrafında dəyişirdi. 
Amma avtomobillərə qarşı ekoloji tələblərin güclənməsi rodiumlara tələbi artırdığından bu əlvan metalın dəyəri sürətlə yüksəlməyə başladı. 


Rodiuma tələbin təxminən 80 faizi avtomobil sektorundan gəlir. Bu metaldan avtomobilin səsboğucu sistemində yerləşdirilən filtlərdə istifadə edilir. Həmin filtirlər atmosferə atılan zərərli qazların miqdarını azaldır. 


2016-cı ildən sonra rodiumun dəyəri daha sürətlə artmağa başlayıb və bir qramının dəyəri 2019-cu ildə 100 dollara, 2020-ci ildə 400 dollara, 2021-ci ilin aprelində isə 940 dollara çatıb. 


Sonrakı aylarda rodiumun qiyməti sürətlə ensə də o, hələ də, ən bahalı metaldır. İndi bir qram rodiumla 8 qram qızıl almaq olar. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...