"Mərkəzi Bank uçot dərəcəsini aktivləşdirəcək" - Ekspert

"Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır".


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev Azərbaycan Mərkəzi Bankının pul siyasətindəki dəyişiklikləri şərh edərkən bildirib. 


S.Əliyev qeyd edib ki, 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9,25%) bərabərdir.

 

Ekspert xatırladıb ki, 1 günlük əks-repo sonuncu dəfə 2007-ci ildə tətbiq edilib: “Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb”. 


S.Əliyev söyləyib ki, dəyişiklikdən sonra sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək:

 

“Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7,75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7,75%-9,25%) arasındakı intervalda müəyyənləşəcəkdir. Məlumat üçün bildirim ki, 7 günlük repo əməliyyatı son dəfə 2005-ci ildə aparılıb. Əməliyyatın illik faiz dərəcəsi 9,17% olmaqla həcmi təxminən 1 milyon manat təşkil edib. 7 günlük əks-repo əməliyyatının aparılması barədə rəsmi məlumat yoxdur. 
Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, 1, 3, 6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaqdır. Mərkəzi Bank bazarda daha çox 28 günlük və 1 illik notları buraxırdı və onların illik faiz dərəcəsi faiz dəhlizinin aşağı həddi əsasında müəyyənləşdirilirdi. Sonuncu dəfə notlar 28 günlük buraxılıb və faiz dərəcəsi 6.26%, həcmi isə 630 milyon manat olub”. 


Ekspert hesab edir ki, Mərkəzi Bankın bu addımının kökündə uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini artırmaq məqsədi güdür:

 

“Çünki dövri olaraq uçot dərəcəsinin dəyişdirilməsi kredit bazarında hiss edilmir. Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı faiz dərəcələrini tədricən faiz dəhlizinə uyğunlaşdırmağa çalışır ki, sonra həmin faiz dəhlizi vasitəsilə bazara nüfuz edə bilsin. Xatırladım ki, REPO qiymətli kağızların satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat Mərkəzi Bank tərəfindən pul təklifinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-REPO isə qiymətli kağızların alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri qaytarılmasını nəzərdə tutan əməliyyatdır. Mərkəzi Bank tərəfindən əks-REPO-nun tətbiq olunmasında məqsəd pul təklifinin qısamüddətli artırılmasıdır”.

 

Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...