Hindistan buğda unu ixracına məhdudiyyət qoydu

Hindistan buğda unu ixracına məhdudiyyət qoydu

Hindistan hökuməti qida təhlükəsizliyi səbəbi ilə buğda unu ixracını məhdudlaşdırmaq qərarına gəlib.

 

Sfera.az xəbər verir ki, bu barədə qərar Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə Nazirlər Kabinetinin iqtisadi əlaqələr komitəsinin iclasında qəbul edilib.

 

"Buğda ununun ixracına məhdudiyyət qoyulmaqla unun artan qiymətinin qarşısı alınacaq və cəmiyyətin ən həssas təbəqələrinin ərzaq təhlükəsizliyi təmin olunacaq", - qərarda deyilir.

 

Qeyd edək ki, qlobal buğda ticarətinin təxminən 25-30 faizini təşkil edən Ukrayna və Rusiya arasında böhran səbəbindən qlobal buğda tədarükü zəncirindəki fasilələr Hindistan buğdasına tələbatı artırıb.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR