Bankomatlar niyə azdır? – “Banklar xərclərini azaltmaq üçün…”

Bankomatlar niyə azdır? – “Banklar xərclərini azaltmaq üçün…”

Ölkəmizdə fəaliyyət göstərən bankların demək olar ki, hər birinin rəqəmsal platforma üzərindən istifadə edilməsi üçün mobil proqramları var və həmin tətbiqlər əhalinin geniş istifadəsindədir. Bununla belə, bank sistemində həllini gözləyən bəzi problemlər vətəndaşları hələ də narahat etməkdədir.

Pul vəsaitini nağdlaşdırmaq funksiyasını yerinə yetirən aparatların – bankomatların azlığı da həmin problemlər sırasındadır. Nağdlaşdırma aparatlarının az olması ilə bağlı narazılıqlar bu gün də aktualdır.

 

Araşdırdıqda məlum olur ki, ölkəmizdə bankomat sayına görə ilk sırada dayanan bank şirkəti “Kapital Bank”dır. Bankın mətbuat xidmətindən Sfera.az-a verilən məlumatda “Kapital Bank”ın ümumilikdə 1000-dən çox bankomatının olduğu bildirilib. Diqqətə çatdırılıb ki, rəqəmlər mütəmadi olaraq dəyişir.

 

“Azərbaycan Beynəlxalq Bankı” siyahıda ikinci yerdə qərarlaşıb. Bankın mətbuat xidmətindən bildirildi ki, ölkə üzrə ümumilikdə 929 bankomat müştərilərin istifadəsindədir. Qeyd olundu ki, onlardan 196-sı yeni nəsildir.

 

Digər bankların göstəriciləri isə təəssüfləndirir. Yetərincə tanınan, əhalinin geniş istifadəsində olan bankların böyük əksəriyyətində bankomatların sayı 17-117 aralığındadır. Üstəlik, bu rəqəm bəzən yalnız payxtaxt ərazisini əhatə edir. Digər bir məqam isə sözügedən bankların bir çoxunun bölgələrdə bankomatlarının və mərkəzlərinin olmamasıdır.

 

Xarici təcrübədə xidmətlərdən yararlanmaq istəyənlərin əziyyət çəkməməsi üçün vahid bankomatların quraşdırılması təcrübəsi də var. Təəssüf ki, bu günə qədər ölkəmizdə məsələnin həlli istiqamətində hər hansı bir real addım atılmayıb.

 

Çıxış yolu nədir?

 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, banklar xərclərini azaltmaq üçün bankomatlardan minimum səviyyədə istifadə edirlər:

 

“İstənilən bankomatın quraşdırılması əlavə xərc tələb edir. Bankomatların olması həmin bankların xidmət sahəsinə aiddir. Məlumdur ki, ölkəmizdə fəaliyyət göstərən bankların böyük əksəriyyətinin xidmət səviyyəsi bərbad vəziyyətdədir. Yalnız bəzi normal fəaliyyət göstərən banklar da var. Xarici təcrübəyə əsasən bankomatların sayının yetəri qədər olması mütləqdir. İkinci bir məsələ rəqabət məsələsidir. Lakin bizdə bankların əsasən müştəriləri maaş və pensiya alan şəxslərdir. Belə olduğu halda əlavə bankomatlar quraşdırılsa belə, onun üçün çəkilən xərci geri qaytara bilmirlər. Məhz bu səbəbdən də banklar bunu özləri üçün əlavə xərc hesab edirlər. Ölkəmizdəki banklar arasında rəqabət Avropada olan səviyyəyə çatdıqda bankomatların sayının artırılması məsələsi gündəmə gələ bilər. Hazırda bir o qədər də rəqabət yoxdur. Ona görə də şirkətlər bir o qədər də maraqlı deyillər”.

 

Ə.Həsənov bu aparatların quraşdırılması üçün çəkilməli olan xərclərdən də danışıb: “Həmin avadanlığının özünün qiyməti var. Daha sonra yerləşdiriləcəyi məkanın alınması və icarəsi məsələsi var. Digər bir məsələ isə həmin bankomatlara proqram təminatının əlavə edilməsi, onun şəbəkəyə, mərkəzi sistemə qoşulmasıdır. Həmin bankomatlara mütəmadi olaraq texniki xidmətin göstərilməsi və aparatların pul əskinasları ilə təchiz edilməsi məsələləri də bank üçün əlavə xərc hesab edilir. Görünür, elə buna görə də banklar mümkün qədər az bankomatlar yerləşdirirlər”.

 

Yeganə

 

 


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...