Azərbaycanda pensiyaçıların 14 faizi işləyir

Azərbaycanda pensiyaçıların 14 faizi işləyir

Azərbaycanda 2022-ci ilin əvvəlinə aid olan məlumata əsasən 1,2 milyon pensiyaçı var və onların 13,7 faizindən çoxu işləyir.

Sfera.az xəbər verir ki, işləyən pensiyaçıların sayı qeyd edilən tarixdə 165 397 nəfər olub.

 

Əvvəlki illərlə müqayisədə işləyən pensiyaçıların sayında artım müşahidə edilib. Belə ki, 2020-ci ilin əvvəlində işləyən pensiyaçıların sayı 4 639 nəfər az və ya 160 758 nəfər idi.

 

İşləyən pensiyaçılar ən çox yaşa görə pensiyaya çıxmış şəxslərdir. Onların sayı 118 412 nəfərdir.

 

Əlilliyə görə pensiya alıb, həm də işləyən 44 421 pensiyaçı var.

 

Daha 2 564 işləyən pensiyaçı isə ailə başçısını itirməyə görə pensiya alır.

 

İşləyən pensiyaçıların aylıq pensiya məbləği orta hesabla 358 manat olub. Ailə başçısını itirənlər 400 manat, yaşa görə pensiyaçılar 384 manat, əlillər isə 288,5 manat pensiya alıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR