Logo

Dünyanın nəhəng şirkətləri işçilərini ixtisar edir: firmalar bu təhlükəyə qarşı hazırlıqda...

Dünyanın nəhəng şirkətləri işçilərini ixtisar edir: firmalar bu təhlükəyə qarşı hazırlıqda...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin e-ticarət nəhəngi “Alibaba” 2022-ci ilin aprel-iyun dövründə mənfəəti azaldığından 9 241 işçisini işdən çıxarıb.

Sfera.az xəbər verir ki, bununla da şirkət ümumilikdə 245 700 işçini ixtisar etmiş olub.

İlin ilk üç ayında şirkət artan inflyasiya, xammal xərcləri və siyasi gərginlik kimi təsirlərə görə işçi qüvvəsini 4 375 nəfər azaltmışdı. İşdən çıxarılma qərarının bütün dünyada iqtisadi yavaşlama və istehlak xərclərinin zəifləməsi səbəbindən qəbul edildiyi bildirilir.

Oxşar səbəblərdən ABŞ-ın “Apple”, “Alphabet”, “Meta Platforms” şirkətləri işə qəbulu dayandırıb, “Amazon.com” isə 100 minə yaxın insanı işdən çıxarıb.

Bir vaxtlar Çinin ən dəyərli şirkəti olan “Alibaba”nın bazar dəyəri Pekin hökumətinin özəl sektora tətbiq etdiyi bəzi qadağalar səbəbindən aşağı düşüb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR