Logo

Bu il adambaşına düşən istehsal 7,5 min dolları keçə bilər – Rəqəmlər

Bu il adambaşına düşən istehsal 7,5 min dolları keçə bilər – Rəqəmlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul istehsalının 7,5 min ABŞ dollarını keçməsi ehtimalı böyükdür.

Sfera.az xəbər verir ki, ilk 7 ayda ölkədə 74,155 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Mövcud dinamikanən qalacağı təqdirdə məhsul istehsalının ilin sonunda 130 milyard manata çatması, hətta bu məbləği keçməsi realdır. Əgər məhsul istehsalı 130 milyard manat olarsa, o halda istehsalın dollarla ifadə edilən dəyəri 76,5 milyard dollara yüksələcək ki, bu da adambaşına 7,5 min dollardan çox istehsal göstəricisi deməkdir.

Xatırladaq ki, adambaşına düşən istehsalın 7 min dolları ötməsinə 2011-2014-cü illərdə təsadüf edilir. Adambaşına istehsal 2011-ci ildə 7,3 min dollar, 2012-ci ildə 7,6 min dollar, 2013-cü ildə 7,98 min dollar, 2014-cü ildə 7,99 min dollar olmuşdu.

2015-ci ildə baş verən devalvasiyadan sonra adambaşına düşən istehsalın həcmi kəskin azaldı və 2016-cı ildə 3,72 min dollar oldu. Ötən il isə adambaşına istehsal 5,45 min dollar idi.

Azərbaycan bu göstəriciyə görə dünyada 105-108-ci yerlərdə qərarlaşır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR