Logo

Mərkəzi Bankda İSLAHATLAR DAVAM EDİR - YENİ TƏYİNAT

Mərkəzi Bankda İSLAHATLAR DAVAM EDİR - YENİ TƏYİNAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə, "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti"nə dəyişdirilib.

Sfera.az bu barədə quruma istinadən xəbər verir.

Bundan başqa, AMB-nin Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb.

Məlumata görə, indiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub.

Xatırladaq ki, bundan əvvəl AMB-nin "İnzibati departament"inin və "Sığorta fəaliyyətinə nəzarəti departamenti"nin adı müvafiq olaraq "İnzibati və satınalmalar departamenti"nə və "Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə dəyişdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR