Bakıda ən çox işçi bu rayonlardadır – SİYAHI
Bakıda olan iş yerlərinin 50 faizindən çoxu 3 rayonun payına düşür.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin aprelin 1-nə olan məlumata əsasən paytaxtda 878 613 muzdlu işçi var.
Onların yarıdan çoxu Nəsimi, Yasamal və Səbail rayonlarında işləyir.
Nəsimi rayonunda 197 304 nəfər işləyən var. Bir ildə onların sayı 14,6 min nəfər artıb.
Yasamalda 175 min nəfərə yaxın muzdlu işçi çalışır. Son bir ildə Yasamalda muzdlu işçilərin sayı 993 nəfər azalıb.
Səbail rayonunda isə işçi sayı 113 742 nəfərdir və son bir ildə işçilərin sayı 10,56 min nəfər azalıb.
Paytaxtda əhali sayı ən çox olan rayonlardan Xətaidə 75,63 min işçi (5,5 min artım), Binəqədidə 58,97 min işçi (2,5 min artım) var.
Ərazisi ən böyük olan Qaradağ rayonunda isə 26,67 min (1,3 min artım) işçi çalışır.
Ümumilikdə, son bir ildə Bakıda işçi sayında 17,1 min nəfər artım var.
Vasif
Sfera.az