Qlobal böhran Azərbaycana bəzi risklər yaradacaq – Ekspert hökuməti buna hazır olmağa çağırır

Qlobal böhran Azərbaycana bəzi risklər yaradacaq – Ekspert hökuməti buna hazır olmağa çağırır

"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır".

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.


Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.


Bəs, qlobal səviyyədə böhran ehtimalı nə dərəcədə böyükdür və bu, Azərbaycan üçün hansı risklər yaradır?


Qlobal resessiyanın (böhran) baş vermə ehtimalının yüksək olduğunu düşünən iqtisadçı-ekspert Xalid Kərimli saytımıza açıqlamasında bildirdi ki, böhrana yüksək qiymət artımları və buna qarşı mərkəzi bankların gördüyü tədbirlər səbəb olacaq.


“Dünyada qiymət səviyyəsinin sürətli artımı baş verir. Məsələn, ABŞ-da iyunda illik inflyasiya 9,1 faiz, Avropada 8,6 faiz olub. Azərbaycanda isə illik inflyasiya 14,2 faiz təşkil edib”, - deyən ekspert inkişaf etmiş ölkələr üçün 8-9 faizlik inflyasiyanın çox böyük problem yaratdığını söylədi:

 

“Buna görə də həmin ölkələr inflyasiyanı endirməyə çalışırlar və bu məqsədlə də pul-kredit siyasətini sərtləşdirirlər.


Pul-kredit siyasəti sərtləşdiriləndə faizlər artırılır, dövriyyədə olan pul kütləsinin həcmi azaldılır. Həyata keçirilən bu cür antiinflyasiya tədbirlərində məqsəd iqtisadiyyatın hərarətini aşağı salmaqdır.


Lakin bu cür tədbirlər inflyasiyanı azaltmaqla bərabər iqtisadiyyatlarda resessiya riskini də yaradır. Ardıcıl 2 rüb ərzində iqtisadiyyat kiçilirsə, bu odeməkdir ki, resessiya baş verir. Məsələn, ABŞ-da son 2 rübdə iqtisadiyyat kiçilib. Düzdür, hələ ABŞ rəhbərliyi resessiya olduğunu qəbul etmir. Onlar hesab edir ki, məşğulluq səviyyəsi yaxşıdır, istehlak xərcləri yüksəkdir. Amma son nəticələr ABŞ-da və dünyada iqtisadiyyatında resessiya ehtimalının gücləndiyini göstərir. Qarşıdakı aylarda həm ABŞ-da, həm də Avropada faizlərin bir qədər də artırılacağı və pul kütləsinin azaldılmasının davam edəcəyi proqnozlaşdırılır. Bu ehtimallar realdır. Baş verəcək ehtimal daxilində iqtisadi aktivlik bir qədər də düşəcək və böyük məşğulluq problemi yaranacaq.


Yeni vəziyyət onunla nəticələnəcək ki, dünyada əmtəə qiymətləri düşəcək, o cümlədən neft və digər enerji məhsulları ucuzlaşacaq”.


X.Kərimli vurğuladı ki, Azərbaycan üçün ciddi təsirlər məhz enerji qiymətlərinin aşağı düşməsindən sonra baş verəcək. O bu halda hətta dollar/manat məzənnəsində gərginliyin artmasını da real hesab edir:

 

“Azərbaycanın ixrac gəlirlərinin 90 faizi neft, təbii qaz və neft məhsullarının satışından ibarətdir.


Deməli, qlobal resessiya Azərbaycanın gəlirlərini azaldacaq, tədiyə balansında kəsirin yaranması ehtimalını yaradacaq ki, bu da manatın məzənnəsi üzərində təzyiqi artıracaq.


Azərbaycanın gəlirinin azalması onun xərclərinin də azalmasına səbəb olacaq. Azərbaycan qənaət rejiminə keçəcək ki, bu da investisiya qoyuluşuna mənfi təsir edəcək.


Gəlirlərin azalması Dövlət Neft Fondunun aktivlərinin də azalmasına səbəb ola bilər.


Hələlik, bunlar bir ehtimaldan, proqnozdan ibarətdir. Lakin tədricən bu ehtimalların reallaşması gözləntisi artır ki, buna da Azərbaycan hökuməti hazır olmalıdır”.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...