Logo

“Amazon" zərərini açıqladı - 2 milyard dollar itki 

“Amazon" zərərini açıqladı - 2 milyard dollar itki
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən böyük elektron ticarət platforması olan “Amazon” 2022-ci ilin 2-ci rübdə 2 milyard dollar zərərlə üzləşib.

Sfera.az xəbər verir ki, “Amazon”un verdiyi açıqlamaya görə, şirkətin bu ilin aprel-iyun dövründə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 121,2 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis satışları 113,1 milyard dollar olub və həmin dövrdə 7,8 milyard dollar xalis mənfəət əldə edib.

Bu ilin eyni dövründə isə şirkət 2 milyard dollar itki ilə üzləşib. Şirkətin bu ilin ikinci rübündə səhm üzrə zərəri 0,20 dollar təşkil edib. “Amazon” ötən ilin ikinci rübündə hər səhmə görə 0,76 dollar mənfəət əldə etmişdi.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR