Logo

Alıcılar gözləmə mövqeyində: Dünyada daşınmaz əmlak satışları azalır - STATİSTİKA

Alıcılar gözləmə mövqeyində: Dünyada daşınmaz əmlak satışları azalır - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada daşınmaz əmlak qiymətlərinin artması və qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənlik bu sektorda satışlara mənfi təsir edib.

Sfera.az xəbər verir ki, dünyanın tanınmış konsaltinq və audit şirkətlərindən olan PWC daşınmaz əmlak bazarı ilə bağlı yeni hesabatını açıqlayıb.

Hesabata əsasən, ABŞ-da iyun ayında təkrar bazarda ev satışı 5,12 milyon ədəd təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə satışda 14,2 faiz azalma olub. İlin birinci yarısında isə azalma 7 faiz səviyyəsinə çatıb.

İyun ayında Kanadada ev satışları 24 faiz azalıb. İlk yarıda cəmi 303 min 6 ev satılaraq, keçən ilin birinci yarısına görə 19 faiz azalma baş verib.

İngiltərədə mənzil satışları iyunda 55 faiz azalaraq 96 min 290 ədədə düşüb. İlk yarıda isə 630 min 170 ev satılıb ki, bu da 23 faiz azalma deməkdir.

Fransada ilk rübdə yalnız 22 min 800 yeni ev satışı həyata keçirilib. Əvvəlki illə bu ölkədə ev satışı 9 faiz azalıb.

Qlobal kredit reytinq agentliyi S&P isə Çinlə bağlı təhlilində bu il daşınmaz əmlak satışlarının 28-33 faiz azalacağını gözləyir.

Dünyada ev satışlarının azalması yüksək inflyasiya və qlobal iqtisadi böhran ehtimalı ilə izah edilir. Əgər böhran baş verərsə, daşınmaz əmlak qiymətlərinin sürətlə düşəcəyi ehtimalı böyükdür. Bunu nəzərə alan alıcıların bir qismi gözləmə mövqeyinə keçib ki, bu da dövriyyəyə mənfi təsir edir. Buna görə də, qarşıdakı aylarda da böyük bazarlarda satış həcminin bir qədər də azalacağı proqnozlaşdırılır.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR