Azərbaycanda hər 8 kartdan biri kredit kartıdır
Kateqoriya məlum deyil
Azərbaycanda 2022-ci ilin iyulun 1-nə olan məlumata əsasən, 12,244 milyon ədəd plastik kart var. Bu kartların 1,551 milyon ədədi, yəni hər 100 kartdan 7,8-i kredit kartıdır.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin birinci yarısında kredit kartlarının sayı 156 min ədəd (11,2 faiz) artıb. Birinci yarımildə kredit kartları ilə 1,738 milyard manatlıq əməliyyat həyata keçirilib.
Kredit kartlarından əsasən müxtəlif mal və xidmətlərin əldə edilməsi zamanı istifadə edilib. Buna görə də daha çox əməliyyat POS-terminallar vasitəsilə həyata keçirilib.
Vasif
Sfera.az






