Logo

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibinin gəliri azaldı - İLK DƏFƏ

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibinin gəliri azaldı - İLK DƏFƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan ABŞ-ın “Meta” şirkətinin gəliri 2022-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb. Şirkətin gəlirində azalma ilk dəfə baş verib.

Sfera.az xəbər verir ki, şirkət aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb. Buna görə şirkətin bu ilin ikinci rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 28,8 milyard dollara enib. “Meta” 2021-ci ilin ikinci rübündə 29,1 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə ikinci rübdə 36 faiz azalaraq 6,7 milyard dollar olub. Şirkətin 2021-ci ilin ikinci rübündə 3,61 dollar olan səhm üzrə qazancı da bu ilin eyni dövründə 2,46 dollara düşüb.

Bu dövrdə “Meta” çətiri altında “Facebook”un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı artıb. “Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı iyun ayı etibarilə illik müqayisədə 3 faiz artaraq 1,97 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 1 faiz artaraq 2,93 milyard olub.

“Meta”nın verdiyi açıqlamada şirkətin ilin üçüncü rübündə gəlirinin 26-28,5 milyard dollar aralığında olacağı gözlənilir. Bəyanatda deyilir ki, gəlir proqnozu makroiqtisadi qeyri-müəyyənlikdən irəli gələn zəif reklam tələbinin davam etməsini əks etdirir.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR