Türkiyə iqtisadiyyatına etimad ən aşağı həddə düşdü
Kateqoriya məlum deyil
Türkiyə iqtisadiyyatına etimad son 1 ilin ən aşağı həddinə düşüb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlayıb. TÜİK-in iyul ayı üzrə açıqladığı məlumata əsasən güvən indeksi 93,6 olub.
İyunda indeks 93,4 idi.
Əvvəlki ayla müqayisədə emal sənayesi üzrə güvən indeksi 2 bənd azalaraq 102,5-ə, xidmət sektoru güvən indeksi 1,5 bənd azalaraq 117,8-ə, pərakəndə ticarət güvən indeksi 4,5 bənd azalaraq 113,4-ə geriləyib.
Qeyd edək ki, iqtisadi etimad indeksi 100-dən yuxarıdırsa, bu, ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən az olması isə ümumi iqtisadi vəziyyətlə bağlı pessimizmi göstərir.
Vasif
Sfera.az






