FED-in faiz qərarı gözlənilməz olmadı – Bazarlar dəyişikliyi sakit qarşıladı

FED-in faiz qərarı gözlənilməz olmadı – Bazarlar dəyişikliyi sakit qarşıladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini 0,75 baza bəndi artıraraq 2,5 səviyyəsinə qaldırıb.


Sfera.az xəbər verir ki, faizlərin bu qədər artırılacağı gözlənilən idi və bu səbəbdən bazarlar sərt reaksiya nümayiş etdirmədi.


FED-in faizləri artırmasına səbəb ABŞ-da illik inflyasiyanın 9,1 faizə yüksəlməsidir. ABŞ-da son 41 ildə bu qədər yüksək inflyasiya ilk dəfədir ki, müşahidə olunur.


Xatırladaq ki, faizlər ilk dəfə bu ilin martında artırılıb. Martda faiz artımı 0,25 bənd olub. Daha sonra mayda 0,5 bənd, iyunda 0,75 bənd artım qərarı verildi. İyun ayında uçot dərəcəsində artım sürəti FED-in son 28 ildə ən yüksək faiz artımı olub. Dünənki 0,75 bənd artım da FED 30 ildən çox müddətdə ən sərt faiz artımıdır.


FED faizlə bağlı növbəti qərarını sentyabrda açıqlayacaq. Ekspertlərə görə inflyasiya düşməsə sentyabrda faizlər bir qədər də artırılacaq.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR